STM32F0 and STM32L0 Seriyalı mikrokontrollerlər üçün MDK-ARM (Keil) artıq pulsuzdur.

stmBu yaxınlarda STMicroelectronics şirkətinin Noyabr ayı üçün olan mikrokontroller xəbərləri emailində (mailing list-ə abunə olduğum üçün) aldığım çox faydalı bir xəbəri sizlərlə də paylaşmaq istədim.  Xəbər isə bundan ibarətdir ki, STM32F0 və STM32L0 seriyalı mikrokontrollərlər üçün Keil™ MDK-ARM (Microcontroller Development Kit – ARM) artıq tam pulsuzdur.

Bu nə mənaya gəlir? Belə ki, ARM Cortex-M seriyalı mikrokontrollerlər üçün kifayət qədər güclü bir IDE (Integrated Development Environment) olan Keil MDK-ın qiymətləndirmə versiyası (Evaluation version) adətən kod ölçüsü 32 KBayt limitli olur. Yəni kod qurulma zamanı (compile) ölçüsü 32 KBayt-dan çox olarsa, proses saxlanılır, bu isə cihaz dizaynerinə böyük proyektlər qurmağa imkan vermir.  Xatırladım ki, bu IDE-in pullu versiyasının qiyməti təxminən 1500 avrodan başlayır. Bu halları nəzərə alsaq deyə bilərəm ki, bu çox gözəl xəbərdir.  Şirkətin mikrokontrollər kataloquna baxdıqda görərik ki, kifayət qədər yüksək performanslı və periferik funksiyalarla zəngin 32-bitlik ARM əsaslı mikrokontrolləri mövcuddur. Qiymətləri də 8-bitlik mikrokontrollerlərlə (Atmel AVR, Micochip PIC) müqayisə olunacaq qədər aşağıdır.

ST MCU series

Keil MDK və pulsuz lisenziyanı aşağıdakı keçidlərdən əldə edə bilərsiniz:

 

PaylaşShare on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Email this to someonePin on PinterestShare on RedditShare on TumblrDigg this

Comments

comments

You may also like...

Rəy bildir