Yeni Arduino MKR1000 və Arduino Maker Challenge yarışması

Bu gün Arduino istehsalçıları bu ailənin yeni üzvü Arduino MKR1000 kartını təqdim etdilər. Şirkətdə keçmişdə köhnə hissədarlar arasında baş vermiş bəzi narazılıqlara görə Arduino brendi Amerikadan xaricdə (İtaliyada istehsal olunmağına baxmayaraq) Genuino kimi adlandırılacaq, eləcə də yeni Genuino MKR1000 adlanır. Kartın 32-bitlik ATSAMW25 çip sistemində SAMD21 Cortex-M0+ mikrokontrolleri və WINC1500 çipdaxili Wi-Fi sisteminin olması bu kartı Əşyaların İnterneti (IoT – Internet of Things) proyektləri üçün maraqlı edir.

Arduino (Genuino) MKR100

Bu xəbəri paylaşmamın əsas məqsədi isə bu kartı tərifləmək yox, sizin də bu kartla maraqlı ideyanız varsa Adafruit, Atmel, Arduino and Microsoft şirkətləri tərəfindən gözəl hədiyyə qazanmaq imkanıdır. Belə ki, hackster.io saytında elan olunan bu yarışmada seçilən ən yaxşı 1000 proyekt müəlliflərinə Arduino (Genuino) MKR1000, üç finalçıya isə Maker Faire Şenzen, New York və ya Romaya tam-təminatlı səyahət, proyektin bu sərgidə təqdimatı və 500$ dəyərində Adafruitdan gift-card hədiyyə olunacaq.

Yarışmada tələb olunan isə Microsoft Windows 10, Microsoft Azure və Arduino UNO və ya yeni Arduino (Genuino) MKR1000 kartından istifadə etməklə istənilən bir proyekt hazırlamaqdır. Proyektlər oyun cihazı, internetə bağlı mini atmosfer stansiyası, mexatronika və s. mövzularda ola bilər. Tək tələbat Windows 10 platformasının Arduino üçün hazırladığı API-lardan (Application Programming Interface) istifadə etməkdir.  Unutmayın, platformalara qoyulan məhdudiyyətdən kənar olaraq ideya baxımından tam müstəqilsiniz və istənilən maraqlı olacağını hesab etdiyiniz bir proyekt hazırlayıb, qatıla bilərsiniz. Qoşulmaq üçün son tarix 15 Yanvar, 2016.

Əlavə bütün texniki məlumatları və yarışmanın şərtlərini bu keçiddən əldə edə bilərsiniz. Hər-kəsə uğurlar.

Arduino

 

PaylaşShare on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Email this to someonePin on PinterestShare on RedditShare on TumblrDigg this

Comments

comments

You may also like...

Rəy bildir