Yeni Microchip MPLAB Xpress Mikrokontroller kartı və Cloud IDE ilə tanışlıq

Bir müddət əvvəl Makerspace Azərbaycan Facebook səhifəmizdə Microchip şirkətinin yeni Cloud əsaslı IDE (İntegrated Development Environment) və buna tamamlayıcı olan MPLAB Xpress mikrokontroller kartını elan etmişdik. Bundan əlavə ilk qeydiyyatdan keçən ilk 2000 istifadəçiyə şirkət bu kartları pulsuz verirdi və biz də xoşbəxtlikdən bu istifadəçilər arasına düşə bildik.  Bu qısa məqalədə və əlavə videoda sistemlə qısaca tanış olub, Hello World proqramını yükləyəcik.

IDE-in rahatlığı və kartı proqramlamağın asan olması bu yeni sistemi, xüsusilə makerlər üçün çox maraqlı edir. Belə ki, digər IDE-lərdən fərqli olaraq MPLAB Xpress Cloud IDE-ni birbaşa brauzerinizdən işlədirsiz. Bunun üçün əlavə heç bir proqram və ya USB driver yükləməyə ehtiyac yoxdur. İlk bu cür kombinasiyalı (İDE və uyğun mikrokontroller kartı) sistemi NXP şirkəti öz mbed sistemləri ilə ictimaiyyətə təqdim etmişdi.  mbed-dən (60$) fərqli olaraq bu kartın əsas üstünlüyü qiymətinin ucuz (10$) olmasıdır.

MPLAB Xpress

MPLAB Xpress PIC mikrokontroller kartı

Kartı kompüterə taxdıqda proqramlayıcı çip (PIC18LF25K50)  özünü yaddaş kartı kimi təqdim edir və 256Kb-lıq kart adi flash kart kimi açılır.  Kartı proqramlamaq üçün isə onlayn IDE-də kodumuzu kompilyasiya etdikdən sonra kompüterimizə yüklənən xxx.hex faylını kartın yaddaşına kopyalayırıq. Daha sonra kart üzərində olan proqramlayıcı mikrokontroller bu hex faylı oxuyub, kartdakı əsas istifadəçi mikrokontrollerini (PIC16F18855) proqramlayır. Əgər bu kartı onlayn IDE olmadan da proqramlamaq istəsəniz, onda sizə Pickit3 proqramlayıcısı, MPLAB X proqramı və XC8 kompilyatoru lazım olacaq.

Sistemlə qısaca bu videomuzda tanış ola bilərsiniz.

PaylaşShare on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Email this to someonePin on PinterestShare on RedditShare on TumblrDigg this

Comments

comments

You may also like...

Rəy bildir