Raspberry Pi 3 – İlk təəssüratlar

Demək olar ki, hər il Fevral ayının sonları Raspberry Pi Foundation yeni bir Raspberry Pi modelini bazara çıxarır. Artıq ənənə halını almış bu addımı innovasiyadan daha çox bazarı əldə saxlamaq kimi qiymətləndirmək olar. Xüsusilə də son dövrlərdə RPi-a rəqib ola biləcək çoxlu yeni mini-kompüterlər ortaya çıxıb. Bunlardan ən məşhur top onluğu aşağıdakılardır:

  1. ODROID-XU4
  2. BeagleBone Black
  3. Banana Pi
  4. Orange Pi
  5. C.H.I.P
  6. Pine64
  7. Hummingboard
  8. Intel Gallileo
  9. Pandaboard
  10. OLinuXino

Gördüyümüz kimi  RPi-a kifayət qədər rəqib mini-kompüter var. Bunlardan bəziləri qiymətdə RPi-dan daha ucuz, daha yüksək aparat (daimi yaddaş, RAM, nüvə sayı) göstəriciləri və kart üzərindəki əlavə periferik cihazlar (BT, WiFi və s.) olmasına baxmayaraq sizcə niyə RPi hələ də məşhurdur? – Zənnimcə onlar bazara ilk belə kompüter çıxaran şirkət olaraq insanların rəğbətini qazanıblar, hətta könüllərdə taxt qurublar demək olar.  Sizin də bu məsələ haqda fikirlərinizi bilmək maraqlı olardı.

Hazırda RPi 3 modeli satışda var. Hər yerdə 35$-lıq kompüter kimi təqdim etsələr də bir nüans var ki, RPi bu qiymət yalnız hüquqi şəxslərə və şirkətlərə satılır. Fiziki şəxlər üçünsə qiymət azı 3-4$ daha artıq olacaq. Avropada əsasən UK istehsalı olan RPi-lar satılsa da, digər materiklərdə rəsmi Çin istehsalı olan versiyalar daha çox üstünlük təşkil etməkdədir. Ebay-də Aliexpressdə artıq Çinli satıcılar tərəfindən bir neçə elan yerləşdirilib.  Funksionallıq və keyfiyyətcə heç bir fərqi olmayan bu RPi-ların tək fərqi demək olar ki yalnız ağız qutularındadır.

IMG_6425
IMG_6431

Bu yaxınlarda yeni modeli bizim də əlimizə düşdü və ilk təəssüratlarımızı sizinlə paylaşmaq istərdik.

Pi3+Breakout+Feb+29+2016Şəkildən də gördüyünüz kimi, ilk baxışda xarici görünüşdə Raspberry Pi 2 Model B ilə RPi 3 arasında fərq olmasa da, əsas yenilik kart üzərində quraşdırılmış Bluetooth 4.1 (Smart, BLE) və Wi-Fi antennasını (şəkildə yuxarı-solda) görmək olar. Artıq əlavə heç bir USB Bluetooth  və ya Wi-Fi adapter işlətmədən birbaşa internetə bağlana bilər, BT-la fayl transferi edə bilər, hətta PS3 kontrolleri ilə əlaqələndirə bilərsiniz.

İkinci bir dəyişiklik isə bu modeldə  1.2 GHz 64-bitlik quad-core BCM2837 SoC (system-on-chip) çipi işlədilib. Bu çipin əvvəlki BCM2836-dan  əsas fərqi takt tezliyinin 900 MHz-dən 1.2 GHz-ə qədər artması və daxili quraşdırılmış Bluetooth və Wi-Fi kontrollerinin olmasıdır. Bütün bu faktorları (xüsusilə də 64 bit olması Raspberry Pi 1 ilə müqayisədə 10 qat performans artımına gətirir. RPi 2 və 3 arasında hesablama sürətində fərqi elə də çox olmasa da, köhnə modellər arasında nəzərəçarpacaq qədər fərq var.

Daha bir fərq təkmilləşdirilmiş impulslu gərginlik alçaldıcı dövrəni (Buck converter) qeyd etmək olar. 2 Amperə qədər cərəyan təmin etmə qabiliyyətinə malik olan bu yeni dövrə RPi-ın qida probleminə qismən kömək olsa da, RPi-ın tam problemsiz işləməsini istəyirsinizsə çıxış gücü azı 10 W (5V, 2A) qida bloku işlətməyinizi məsləhət görürəm. Prosessorlar 0%-lə yüksüz işlədiyi vaxtda cərəyan sərfiyyatı 300-400 mA, hesablama zamanı isə 1A-ə qədər çata bilir.

IMG_6435

RPi seriyamızın ilk hissəsindəki addımları izləyərək microSD kartımıza Raspbian OS-i yazıb, RPi-mizi işə salırıq. İlk olaraq yükləmələr bölməsindən bizə lazım olan OS versiyasını seçib, yükləyirik.  Yükləmiş olduğumuz arxiv faylını  (2016-05-10-raspbian-jessie.zip)  ekstrat edib SD karta yazmalıyıq. MicroSD kartımızı da SDFormatter proqramı ilə formatlayıb, Win32DiskImager  proqramı ilə biraz əvvəl ekstrat etdiyimiz faylı (2016-05-10-raspbian-jessie.img) karta yazırıq.  Kartımızı arxadalı SD kart slotuna taxıb, bütün lazımi konnektorları qoşub, RPi 3-ü ilk dəfə işə salırıq.

_MG_6455

Fiziki olaraq RPi 2-dən fərqli olaraq LED status lampaları RPi 3-də USB konnektorun yanına sürüşdürülüb, əvvəlki yerinə isə keramik antenna (şəkildə sağ-aşağı küncdə) yerləşdirilib. Bu antenna həm Bluetooth 4.1, həm də Wi-Fi antenna rolunu oynayır (hər iki texnologiya 2.4 GHz tezlikdə işlədiyi üçün fərqli uzunluqlu antenaya ehtiyac yoxdur, eyni antenayı zaman aralıqları ilə çoxlama (eng. multiplexing) metodu ilə iki fərqli texnologiya üçün istifadə edilir).

rpi 3 desktop

Raspbianın bu yeni versiyasını işə saldıqda əvvəlkindən fərqli olaraq heç bir konfiqurasiya və ya əmrlər terminal pəncərəsində yox, birbaşa masaüstü rejimdə işə düşür. İşləmə axıcılığı və sürətdə də RPi 2 ilə nəzərəçarpacaq dərəcədə fərq hiss olunur.

rpi 3 bt

Yuxarıda sağdakı  status panelində Bluetooth və şəbəkə ikonlarını görə bilərik. Şəbəkə ikonu üzərinə gəldikdə isə bizə Ethernet (eth0) və Wi-Fi (wlan0) seçimlərini göstərir. RPi 3-ü simsiz şəbəkəyə qoşmaq üçün konfiqurasiyanı burdan edə bilərsiniz. Əlavə dəyişikliklər etmək istədikdə isə Menyudan Raspberry Pi Configuration pəncərəsini açıb, müxtəlif parametrləri dəyişə və aktivasiya/deaktivasiya edə bilərsiniz.

 

2016-05-13-211918_1824x984_scrot 2016-05-13-211923_1824x984_scrot 2016-05-13-211937_1824x984_scrot

4 nüvəli 1.2 GHz-lik processorlar haqqında ətraflı malumat almaq üçün terminaldan cat /proc/cpuinfo əmrini daxil edirik.

2016-05-13-213106_1824x984_scrot

Bu cür parametrdə olan prosessorlar üçün nə qədər RAM yaddaşı olduğuna baxmaq üçün isə cat /proc/meminfo əmrini yerinə yetiririk.

2016-05-13-213135_1824x984_scrot

Gördüyümüz kimi cəmi 1 GB RAM var. RPi-da RAM video yaddaş və əsas yaddaş arasında bölündüyündən, fikrimcə yüksək qrafik tələbatları olan əməliyyatlar üçün (HD video, oyunlar və s.) bu qədər RAM bəs etməyəcək.Baxmayaraq ki, Youtube videolarını donma olmadan izləmək olur, lakin paralel başqa proqramlar işləyərsə və ya uzunmüddətli istifadə zamanı normadan artıq qızma nəticəsində processor yavaşlaya bilər. Odur ki, bu cür istismara məruz qoyacaqsınızsa onda mütlər soyuducu radioator dəmir (passiv soyutma) və ya havalandırıcıdan (aktiv soyutma) istifadə etməyinizi məsləhət görürəm.

Aktiv soyutma

Passiv soyutma

Yekun olaraq qısaca onu bildirim ki, RPi 3 özündə bir çox lazımi funksionallığı birləşdirir və istifadəçini əlavə Bluetooth və Wi-Fi adapteri almaqdan, onun konfiqurasiya əziyyətindən xilas edir. Əgər simsiz rabitə imkanlarından tez-tez istifadə edəcəksinizsə və ya sizə biraz daha sürətli hesablama lazımdırsa onda almağa dəyər. Qismən sadə proyektlər üçün isə RPi 2, hətta RPi 1 və Zero da işinizə yarayar.

Ümumilikdə isə RPi-la Linux əməliyyat sistemini və elektronikanı öyrənə bilər, danışan robot və ya avtomobiliniz üçün multimedia sistemi hazırlaya bilər və ya sadəcə ucuz personal kompüter kimi də istifadə edə bilərsiniz. Raspberry Pi ilə nələr edə biləcəyiniz tamamilə sizdən asılıdır. Növbəti yazırlarda görüşənədək.

PaylaşShare on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Email this to someonePin on PinterestShare on RedditShare on TumblrDigg this

Comments

comments

You may also like...

2 Responses

  1. RPi Kullanıcısı says:

    Bir şeyi də nəzərə çatdırmaq lazımdır ki, hər nə qədər güclü olsa da dəhşətli isinmə problemi var, RPi 2 qutu içərisində ikən normal temperaturu 48 dərəcə ikən, RPi 3 də açıq havada 70 dərəcədir, 70 dərəcə həddindən artıq çoxdur, mütləq aktif soyuducu istifadə edilməlidir, hələ ki Pi 2 işimizi tam görə bilir 🙂

  2. azerimaker says:

    Bəli, orası düzdür. Aktiv soyutma mütləqdi. Bu məqalədə daha geniş araşdırılıb.
    http://makezine.com/2016/03/02/raspberry-pi-3-not-halt-catch-fire/

Rəy bildir