DİY Qida Bloku #2 – Çoxfunksiyalı Laboratoriya Qida bloku

Bir neçə aylıq fasiləndən sonra hamınızı yenidən xoş gördük. DİY Qida Bloku #1 – Dəstin Yığılması məqaləmizdə biz xətti tənzimləyicili qida bloku dəstini yığıb, ilkin testlər etmişdik. Bu dəfə isə xeyli irəliyə gedərək nə az, nə çox 7 çıxışlı bir universal laboratoriya qida bloku hazırlayacıq. Bu qida blokunun ilk iki çıxışından ilki analoq (Şəkil 1. sol-yuxarı hissə), ikincisi isə rəqəmsal sazlanabilən çıxışlar olacaq(sağ-yuxarı hissə). Yerdə qalan 5 çıxış isə sazlanabilməyən (aşağə hissə), standart çıxışlar olacaq.

Şəkil 1. Çoxçıxışlı DİY Qida Bloku

Qida blokunun ətraflı yığılma addım-addım prosesinə aşağıdakı videoda baxa bilərsiniz. Videoda toxunulmayan bəzi məqamlara isə məqalənin geri qalan hissəsində aydınlıq gətirməyə çalışacam.

Qida blokunda istifadə olunan əsas detalların siyahısı aşağıdakılardır:

Ötən bu seriyadan olan məqaləmizdə biz xətti tənzimləyici dəsti yığıb, işlədiyinə əmin olsaq da, real yük altına salıb sınaqdan keçirməmişdik. Yığılma prosesinə başlamazdan əvvəl ilk atdığlm addım bu platanı test etmək oldu. Əsas güc tranzistorunu kifayət qədər böyük ölçülü cooler radiatora qoşub, çıxışları Multimetri cərən ölçmə rejimində qısa qapadım. Çıxışdakı cərəyan şiddətini əvvəl 1A, daha sonra 2 və 3A-ə qədər qaldırıb, hər aralıqda təxminən 10 dəq. gözlədim ki, dövrə elementləri tam isinsin və onların real qızma dərəcələrini ölçüm. Termal kamera ilə çəkdiyim şəkillərdən bu platanın xüsusi soyutma olmazsa 3A-də çox uzun işləməyəcəyi qənaətinə gəldim. Dövrə üzərindəki keramik güc rezistoru əsas isinən element oldu. Əgər oxuyuculardan kimsə bu tip platanın çıxış gücünü artırmaq istəsə ilk dəyişdirməli olduğu element həmin bu keramik rezistor olmalıdır.

Şəkil 2. Xətti tənzimləyici qida blokunun müxtəlif yüklər altında isinməsi

İlkin testlər qənaətbəxş olduğu üçün elə bu plata ilə qida blokunu yığmağa başladım. Şəkil 3-də ön paneldə istifadə olunan hissələrin panelə quraşdırılmazdan əvvəlki şəkli göstərilib.

Şəkil 3. Ön panel – quraşdırmadan öncə

Aşağıda tamamlanmış qida blokunun müxtəlif rakurslardan çəkilmiş şəkilləri əlavə edilib.

Şəkil 4. Qida bloku – üst

Şəkil 5. Qida bloku – sol

Şəkil 6. Qida bloku – sağ

2A yük altında tranzistorun qızma dərəcəsi

PaylaşShare on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Email this to someonePin on PinterestShare on RedditShare on TumblrDigg this

Comments

comments

You may also like...

Rəy bildir