DİY Uzaqdan İdarəetməli LED Lampa

Xatirinizdədirsə, “Maker”in Poçt Qutusu – Unboxing #2 – videomuzun sonuna yaxın aluminium arxalıq üzərində olan LED lent dəstini göstərmişdim. Son aylarda iş masamda xeyli dəyişiklik etdiyimdən, mənə güclü işıq verən, dimmer funksiyası olan və pultla uzaqdan idarə edə biləcəyim (təbii ki qiymətcə ucuz başa gələcək) bir lampa lazım oldu. Lampanın LED hissəsi artıq əlimdə var idi, amma əlimdə bu funksiyalara sahib LED kontroller olmadığından iki yolum var idi, ya 2x Arduino və hansısa radioötürücü moduldan istifadə edib kontrolleri özüm yığmalıyam, ya da tam bu işi görə biləcək bir kontroller tapmalıyam. Ebay aləmində biraz gəzişdikdən sonra tam mən istəyən parametrlərdə və qiyməti imkanlarına görə inanılmaz dərəcədə ucuz (~1.7$) olan bir kontroller tapdım.

LED-lə qida bloku arasına ardıcıl qoşulan və 5-24V girişi dəstəkləyən bu kontroller üzərində olan etiketin iddia etdiyinə görə 12A-ə qədər cərəyan buraxa bilər. Çindən alınan mallar təcrübəmdə bu tip iddiaların reallıqda adətən yarı faizi düz olur. Ona görə də bu tip modulları 5-6 A-dən yuxarı olmayan cərəyan şiddətlərində və sabit cərəyanla işləyən LED lampalarla işlətməyi məsləhət görürəm. Aşağıdakı qısa videoda lampanın yığılmış halını və ilkin testləri ilə yaxından tanış ola bilərsiniz.

Lampanın yığılmasında istifadə etdiyim əsas detallar bunlardı.

4 əd. LED lenti kiçik terminal konnektorla bir-birinə paralel bağlanıb və effektiv soyutmasını təmin etmək üçün onu dəmir lövhə üzərinə termal kley vasitəsilə yapışdırılıb.

433.92 MHz radiotezliklə işləyən kontroller həqiqətən də qiymətinə görə olduqca funksional bir modul çıxdı. Belə ki, 8 fərli işıq effekti olan və dəyişdiriləbilən parlaqlıq səviyyələri ilə təkcə adi lampa kimi yox, həm də digər maraqlı işıq effektləri verdiyi üçün maşında da istifadə etmək olar.

Ümidvaram bu qısa məqalə və video sizə maraqlı oldu. Növbəti yazılarda görüşənədək.

PaylaşShare on FacebookTweet about this on TwitterShare on LinkedInShare on Google+Email this to someonePin on PinterestShare on RedditShare on TumblrDigg this

Comments

comments

You may also like...

Rəy bildir